Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində həyatın ölüm halından sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
Sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər - 3 DƏFƏ ARTDI
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayı ərzində ölkədə həyatın ölümdən sığortalanması üzrə 3 milyon 108 min manat sığorta haqqı toplanıb.
Bu əvvəlki ilin yanvarına nisbətən 825 min manat və ya 36% çoxdur. Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölüm sığortası üzrə 2 milyon 283 min manat sığorta haqqı toplanmışdı.
Sığorta haqları ilə yanaşı, ölüm sığortası üzrə ödənişlər də sürətlə artır. Belə ki, yanvar ayında ölümdən sığorta üzrə ödənişlər ötən ilin yanvarı ilə müqayisədə 5,5 dəfə artaraq 399 min manat təşkil edib.
Xatırladaq ki, 2025-in yanvarında bu sığorta üzrə cəmi 72 min manat sığorta ödənişi olmuşdu.
Hesabat dövründə ölüm sığortası üzrə zərərlilik göstəricisi 4 dəfə artaraq 12,8% olub. 2025-in yanvarında bu rəqəm 3,1% idi.













