Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 282 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 128 min manat və ya 27% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 4 milyon 154 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 378 min manat təşkil edib ki, bu da illik müqayisədə 214 min manat və ya 2,3 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 37 milyon 517 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 4% təşkil edib.