Azərbaycanda cəmi həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 80 milyon 430 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 496 min manat və ya 24% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 64 milyon 934 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 59 milyon 618 min manat təşkil edib ki, bu da illik müqayisədə 22 milyon 269 min manat və ya 60% çoxdur.
Əvvəlki ilin eyni dövründə 37 milyon 349 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 74 % təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 17% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 57% təşkil edib.