Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 32 milyon 1 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 540 min manat və ya 5% çoxdur.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 30 milyon 461 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 411 min manat təşkil edib ki, bu da illik müqayisədə 434 min manat və ya 22% çoxdur.
Əvvəlki ilin eyni dövründə 1 milyon 976 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6% təşkil edib.