Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində həyatın ölüm halından sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 35 milyon 141 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 140 min manat və ya 9,8% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 32 milyon 1 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 3 milyon 168 min manat təşkil edib ki, bu da illik müqayisədə 757 min manat və ya 31,4% çoxdur. Ötən ilin eyni dövründə 2 milyon 411 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 9,0% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,5 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 7,5% təşkil edib.












