Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 19 milyon 388 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 932 min manat və ya 11% çoxdur.
2024-cü ilin eyni dövründə bu göstərici 17 milyon 456 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 847 min manat təşkil edib ki, bu da illik müqayisədə 587 min manat və ya 47% çoxdur.
Əvvəlki ilin eyni dövründə 1 milyon 260 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 10% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 7% təşkil edib.