Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-iyul ayları ərzində həyat sığortası üzrə 193 milyon 743 min manat sığorta haqqı toplanıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2021)
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın statistikasına görə, həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 22%çoxdur.
Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 176 milyon 910 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% artım deməkdir.
Cari ilin 7 ayında qeyri-həyat sığortası üzrə isə 171 milyon 49 min manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası üzrə sığorta haqqı 3% artıb.
Qeyd edilən dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 51milyon 274 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.8% artım deməkdir.