Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətin sığortası üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 895 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 732 min manat və ya 26,1% azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 6 milyon 627 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 15 min manat həcmində olub.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə ödənişlər olmayıb edilib.
2023-cü ildə zərərlilik göstəricisi 0,3% təşkil edib.