Azərbaycanın sığorta şirkəti olan «Günay Sığorta» 2019-cu ildə mənfəətini 12.6 dəfə artırıb.
Eləcə də bax: Azərbaycanda yeni fəaliyyətə başlamış sığorta şirkətinin vəziyyəti - MƏLUM OLDU
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 6 milyon 861,4 min manat, cəmi xərcləri 719,5 min manat təşkil edir.
Ötən il «Günay Sığorta» sığorta haqqı kimi 7 milyon 224,7 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 256,2 min manat isə investisiya fəaliyyətindən, 60,6 min manat subroqasiya gəlirlərindən, 37 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 717,2 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib.
Ötən il şirkət 2 milyon 604,7 min manat sığorta ödənişi edib. 2019-cu ildə «Günay Sığorta» işlərin aparılması xərcləri 3 milyon 278 min manat, sair xərcləri 74,8 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 903,8 min manat olub. Şirkət 184,3 mənfəət vergisi ödəyib və xalis mənfəəti 719,5 min manat olub.
«Günay Sığorta»nın cəmi aktivləri 14 milyon 420 min manat, cəmi öhdəlikləri 5 milyon 810,3 min manat, cəmi kapitalı 8 milyon 61 min manatdır.
Qeyd edək ki, 2018-ci ildə “Günay Sığorta” 61 min 252 manat maliyyə mənfəətindən 4 min 210 manat mənfəət vergisi ödəmişdi. Şirkətin 2018-ci il üzə xalis mənfəəti 57 min 42 manat olub. Şirkətin xalis mənfəəti 12.6 dəfə artıb.