Ötən il fəaliyyətə başlamış "Xalq Həyat" ASC 2019-cu ili 1 milyon 109 min manat zərər ilə başa vurub.
Eləcə də bax: "Xalq Sığorta" maliyyə vəziyyətini - AÇIQLADI
FED.az şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Xalq Həyat”ın cəmi gəlirləri 936 min manat, cəmi xərcləri isə 2 milyon manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən şirkət zərər ilə üzləşib.
"Xalq Həyat" öt il 936 min manat sığorta haqları toplayıb, sığorta ödənişləri həyata keçirməyib.
Şirkətin xərcləri əsasən işlərin aparılması ilə bağlı olub.
Marja