Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Sığorta” ASC-nin lisenziyasını ləğv edib.
Təcili: Azərbaycanda daha bir - SIĞORTA ŞİRKƏTİ BAĞLANIR – EKSKLÜZİV
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib.