«Günay Sığorta» növbəti ili zərərlə tamamlayıb.
«Azsığorta» böyük zərər açıqladı – ŞİRKƏT KİÇİLMƏYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, iş adamı Mahmud Məmmədova məxsus şirkət 2022-ci ildə də zərər açıqlayıb.
«Günay Sığorta»nın açıqladığı hesabata əsasən 2022-ci ildə şirkətin cəmi gəlirləri 8,7 milyon manat, cəmi xərcləri isə 9,9 milyon manat olub.
2021-ci illə müqayisədə «Günay Sığorta»nın gəlirləri 1,7 milyon manat və ya 16% azalıb.
Şirkətin cəmi xərcləri də 2021-ci illə müqayisədə 1,6 milyon manat və ya 145 azalıb.
Gəlirlərin təqribən 8 milyon manatı toplanan sığorta haqlarının payına düşüb. 2021-ci illə müqayisədə sığorta haqları 1,8 milyon manat və ya 18% azalıb.
2022-ci ildə sığorta bazarının 2021-ci illə müqayisədə böyüdüyünü nəzərə alanda, «Günay Sığorta»nın sığora haqlarının azalması onun bazar payını itirməsi ilə nəticələnib.
«Azsığorta» kimi, «Günay Sığorta» da, 2022-ci ildə qənaətə keçib – işlərin aparılması xərcləri 5,8 milyon manatdan 5,1 milyon manata düşüb.
Amma 700 min manatlıq qənaət də köm ək etməyib və nəticədə «Günay Sığorta» 2022-ci ili 1 milyon 228 min manat xalis zərərlə bağlayıb.
Xatırladaq ki, şirkət ardıcıl ikinci ildir ki, zərər açıqlayır – 2021-ci ildə şirkətin zərəri 1 milyon 125 min manat olmuşdu. Sonuncu dəfə şirkət 3 il əvvəl, 2020-ci ildə mənfəətlə işləyib – 325 min manat.
2022-ci ildə «Günay Sığorta»nın aktivləri cüzi azalaraq 16 354 min manatdan – 16 322 min manata enib.
Əvəzində şirkətin cəmi kapitalı 8,87 milyon manatdan 9,24 milyon manata yüksəlib.