“Günay Sığorta” ASC-nin baş mühasibi olan Kəmalə Zaman qızı Allahverdiyeva vəzifəsindən azad edilib.
Eləcə də bax: “Günay Sığorta”nın İdarə Heyətinin üzvü - VƏZİFƏSİNDƏN UZAQLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, onun yerinə İlkin Sərvər oğlu Rəhimov təyin olunub.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı) və Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.