“Günay Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
Şirkətdən FED.az biznes maliyyə portalına verilən məlumata görə, rəhbərliyin qərarına əsasən Səidə Fətullazadə şirkətin İdarə Heyəti üzvülüyündən kənarlaşıb və hələlik onun yerinə təyinat olmayıb.
S.Fətullazadə hazırda şirkətdə marketinq və müştəri xidmətləri departamentinin rəhbəri vəifəsini icra edir.
Qeyd edək ki, hazırda İdarə Heyətinin tərkibi yalnız İdarə Heyətinin sədrindən ibarətdir.
Sığorta fəaliyyəti haqqında qanunun 31.1-ci maddəsinə əsasən Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarət olmalıdır.