“Günay Sığorta” ASC-nin icra orqanındakı istefalar davam edir.
Eləcə də bax: Daha bir rəhbər şəxs “Günay Sığorta”nı - TƏRK ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu dəfə “Günay Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Kənan Əlirvat oğlu Qəniyev vəzifəsini tərk edib.
O, 2020-ci ilin noyabrından Daxili audit xidmətinin rəhbəri təyin edilmişdi və 2022-ci ildə fevralında bu vəzifədən ayrılıb. Buna qədər “Azsığorta” ASC, “Ata Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-də çalışıb.
Qeyd edək ki, bundan öncə Sığorta Şirkətinin İdarə Heyətində yer alan Səidə Fətullazadə də vəzifəsindən istefa vermişdi.
Şirkətin baş mühasibi olan Kəmalə Zaman qızı Allahverdiyeva vəzifəsindən getmiş, onun yerinə İlkin Sərvər oğlu Rəhimov təyin olunub.
Son illərdə rəhbərlik bir neçə dəfə dəyişib. Şirkətinin İdarə Heyəti demək olaraq ki, tam deyildir. Şirkətə hazırda müvəqqəti olaraq Mahir Niftəliyev Ənvər oğlu sədrlik edir.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8.2 milyon manatdır. Şirkətin səhmlərinin 71.94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı), 28.06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.