“Günay Sığorta” 3 sığorta məhsulundan ibarət olan 3D əmlak sığortası paketini təqdim edir. Məhsul Bakı şəhərində yerləşən mənzilləri sığortalamaq üçün nəzərdə tutulmuşdur. Sığorta məhsulları aşağıdakılardır:
Eləcə də bax: "Günaybank"ın rəhbərliyinə - YENİ TƏYİNATLAR OLUB
- Daşınmaz əmlakın icbari sığortası
- Daşınmaz əmlakın könüllü sığortası
- Daşınar əmlakın sığortası (Ev əşyalarının sığortası)
Müştərilər Daşınmaz əmlakın icbari sığortası üzrə 25.000 man, Daşınmaz əmlakın könüllü sığortası üzrə 25.000 man, Ev əşyalarını isə 5.000 man dəyərində sığortalayacaqlar. 3D əmlak sığortası əldə etmiş müştərilər hadisə zamanı Günay Sığortadan yük taksisi xidmətini də ödənişsiz əldə edəcəklər.
Əmlakı sığortalamaq üçün dövlət reyestrindən çıxarışı və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə sığortalanan zaman əmlaka baxış keçirilmir və əmlakın foto şəkilləri təqdim olunmur.
Cəmi 79 manat ödəməklə 1 il ərzində müştərilər mənzillərini və ev əşyalarını yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər - zəlzələ, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri və s. kimi xoşagəlməz hallardan 55.000 manat dəyərində sığortalamış olacaqlar.
Məhsulu əldə etmək üçün müştərilər şirkətimizin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.