17 oktyabr 2019-cu il tarixində “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
FED.az-ın əldə etdiyi məlumata görə, yığıncaqda Budaqov İlham Aslan oğlu Müşahidə Şurasına yeni üzv seçililib. Bununla Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub. İ. Budaqov Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş, 10 ildən artıq müxtəlif banklarda rəhbər vəzifələrdə çalışmışdır, texnika üzrə fəlsəfə doktorudur.
Eləcə də bax:Palata hərəkətə keçdi - BANK SƏDRLƏRİ TOPLANDI
Eyni zamanda Müşahidə Şurasının qərarına əsasən İlham Budaqov Audit Komitəsinin sədri təyin edilib, Səfərov İlham Nizami oğlu isə komitəyə yeni üzv seçililib və beləliklə Audit Komitəsi üzvlərinin sayı 3 nəfər olub.