“Günay Sığorta”nın 4-cü rübdə işçilərinin sayı 115 nəfər təşkil edib.
Eləcə də bax: "Günay Sığorta"nın menecmenti səhmdarlara qazanc verə bilmədi - ŞİRKƏT ZƏRƏRDƏDİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə sığorta şirkətinin maliyyə hesabatında bildirilir.
2021-ci ilin 1-ci rübünə isə sığorta şirkətinin işçilərinin sayı 136 nəfər olub ki, bu da 21 nəfərin azalması deməkdir.
“Günay Sığorta”da 2-ci rübdə çalışan işçilərin sayı 135 nəfər, 3-cü rübdə isə 126 nəfər təşkil edib.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin 38.94 %-lik səhmdarı) və Mahmud Məmmədova (“Günay Bank”ın 52.13 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.