Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində su nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 2 milyon 211 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 354 min manat və ya 51,6% azdır. 2024-cü ilin eyni dövründə bu göstərici 4 milyon 565 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üzrə heç bir ödəniş edilməyib. Ötən ilin eyni dövründə 9 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,2 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 0,2% təşkil edib.












