Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 160 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74 min manat və ya 86,0% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 86 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üzrə heç bir ödəniş edilməyib. Ötən ilin eyni dövründə də bu növ üzrə ödəniş qeydə alınmamışdı.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0% təşkil edib və son bir ildə dəyişməyib.












