Azərbaycanda yanvar-iyun ayları üzrə fərdi qəza və xəstəliklər üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 43 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 157 min manat və ya 8% çoxdur.
Ötən ilin yanvar-iyun aylarında bu göstərici 1 milyon 886 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 231 min manat təşkil edib ki, bu da illik müqayisədə 148 min manat və ya 2,8 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 84 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 11% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 7% təşkil edib.