Azərbaycanda yanvar-iyun aylarl üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 935 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 138 min manat və ya 2,4 dəfə çoxdur.
2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 798 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 86 min manat təşkil edib ki, bu da illik müqayisədə 76 min manat və ya 9 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 10 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.