Azərbaycanda 2025-ci ilin yanvar-aprel üzrə fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin 4 ayı ərzində ümumilikdə növ sığorta üzrə yığımlar 2 milyon 163 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 911 min manat və ya 73% çoxdur.
2024-cü ilin yanvar-aprel ayları ərzində bu göstərici 1 milyon 252 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 84 min manat təşkil edib ki, bu da illik müqayisədə 39 min manat və ya 32% azdır.
Ötən ilin eyni dövründə 123 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 10% təşkil edib.