Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər kəskin azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində bu növ sığorta üzrə yığımlar 24 milyon 342 min manat sığorta haqqı toplanılıb.
Bu da 2024-cü il ilə müqayisədə 3 milyon 735 min manat və ya 18% çoxdur.
2024-cü ilin eyni dövründə bu göstərici 20 milyon 607 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 913 min manat təşkil edib ki, bu da illik müqayisədə 201 min manat və ya 18 %azdır.
Əvvəlki ilin eyni dövründə 1 milyon 114 min manat sığorta ödənişləri edilmişdi.
Ödənişlərin kəskin aşağı düşməsi sığorta növünün zərərliliyini də kəskin aşağı salıb. Belə ki, hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% azalıb. 2024-cü ilin müvafiq dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.