Banner

Sığorta

"Əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir"

"Əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir" | FED.az
14:13 28 İyun 2019
"Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Sığortaçılar Assosiasiyası ilə birgə əsas sığorta növləri üzrə tariflərə yenidən baxılmasına dair təkliflər hazırlayır, çünki onlar günün tələblərinə cavab vermir". 

FED.az xəbər verir ki, bunu Palatanın İdarə Heyətinin sədri  vəzifəsini icra edən İbrahim Alışov deyib.

Eləcə də bax: Bakıda sığorta sektorunun inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb


"Burada oturan aktuarilərimiz də razılaşarlar ki, əsas sığorta məhsulları üzrə tariflər günün tələblərinə cavab vermir. Biz artıq onlara dəyişiklik edilməsi üçün təkliflər hazırlayırıq və bu istiqamətdə Sığortaçılar Assosiasiyası ilə birlikdə işləyirik", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş Beynəlxalq Sığorta Forumunda bildirib.

İ.Alışov qeyd edib ki, hazırda bazarda risklərin qiymətləndirilməsi kifayət qədər aşağı səviyyədədir və bu, sığortalıların vahid reyestrinin olmaması ilə əlaqədardır.

"Biz artıq model seçmişik və belə bir reyestr yaratmağa başlamışıq, vahid reyestr bazarın şəffaflığını artırmağa imkan verəcək və sığorta şirkətlərinin risklərini idarəetmənin təkmilləşdirilməsi üçün mühüm addım olacaq", - deyə o vurğulayıb.

İbrahim Alışov əsas sığorta məhsulları dedikdə icbari sığortalara işarə edə bilər. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması məsələsi bir neçə ildir dilə gətirilir.

Digər xəbərlər

Banner