Bu gün Bakıda keçirilən IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2019) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədə MBNP-nin İdarə Heyətinin üzvü vəzifəsini icra edən Asim Zülfüqarov, təhsil nazirinin müavini İdris İsayev, “ASAN Xidmət”in sədr müavini Ceyhun Aslanov, ASA-nın sədri Azər Əliyev və İSB-nin icraçı direktoru Rəşad Əhmədov imzalayıb.