Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 11 milyon 125,1 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 812,3 min manat və ya 109,4% (2,1 dəfə) çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 5 milyon 312,8 min manat təşkil edib.