Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 671 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 260,1 min manat və ya 10,8% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2 milyon 410,9 min manat təşkil edib.