Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 16 milyon 804,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 112,5 min manat və ya 15,1 dəfə çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 15 milyon 692 min manat təşkil edib.