Azərbaycanda əmlak sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 30 milyon 701,3 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 215,2 min manat və ya 145,9% (2,2 dəfə) çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 12 milyon 486,1 min manat təşkil edib.