Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 19 milyon 267 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 9 min manat və ya 9,4% azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 21 milyon 276 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə cəmi 17 min manat təşkil edib ki, bu da illik müqayisədə 41 min manat və ya 3,4 dəfə azdır. 2022-ci ilin eyni dövründə 58 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 0,1% olub. Bu da illik müqayisədə 0,2% azdır. Ötən ilin eyni dövründə zərərlilik 0,3% idi.