Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 51 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon 303 min manat və ya 24% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 54 milyon 748 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 30 milyon 573 min manat təşkil edib ki, bu da illik müqayisədə 29 milyon 220 min manat və ya 22,6 dəfə çoxdur.
Ötən ilin eyni dövründə 1 milyon 352 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 45% təşkil edib. Zərərlilik son bir ildə 42% artıb,
Ötən ilin eyni dövründə zərərlilik 2% idi.