Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 11 milyon 681 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 453 min manat və ya 4% azdır.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 12 milyon 134 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 392 min manat təşkil edib ki, bu da illik müqayisədə 221 min manat və ya 2,3 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 171 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.