Azərbaycanda könüllü əmlak sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 39 milyon 726 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 7 min manat və ya 11% çoxdur.
2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 35 milyon 719 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 424 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 472 min manat və ya 47% çoxdur.
Əvvəlki ilin eyni dövründə 3 milyon 682 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 14% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 11% təşkil edib.