Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər kəskin azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 72 milyon 159 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 108 min manat və ya 6% çoxdur.
2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 68 milyon 51 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 3 milyon 501 min manat təşkil edib ki, bu da illik müqayisədə 27 milyon 72 min manat və ya 8,7 dəfə azdır.
Əvvəlki ilin eyni dövründə 30 milyon 573 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 40% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 45% təşkil edib.