Azərbaycanda yanvar-iyul ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 378 milyon 119 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 58 milyon 556 min manat və ya 18% çoxdur.
Ötən ilin yanvar-iyul aylarında bu göstərici 319 milyon 516 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 291 milyon 984 min manat təşkil edib ki, bu da illik müqayisədə 126 milyon 550 min manat və ya 76% çoxdur.
Ötən ilin eyni dövründə 165 milyon 434 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 77% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 25% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 52% təşkil edib.