Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 78 milyon 703 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 544 min manat və ya 9,1% çoxdur. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu göstərici 72 milyon 159 min manat təşkil etmişdi.
2025-ci ilin ilk 11 ayında əmlakın könüllü sığortası üzrə sığorta ödənişləri 2 milyon 714 min manat təşkil edib ki, bu da illik müqayisədə 787 min manat və ya 22,5% azdır. Ötən ilin eyni dövründə bu sığorta üzrə 3 milyon 501 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,4 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 4,8% təşkil edib.












