Əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlarda cüzi artım olduğu halda, ödənişlərdə kəskin artım baş verib.
FED.az Mərkəzi Banka istinadən bildirir ki, 2025-ci ilin ilk doqquz ayında yığımlar 340 min manat (12,1%) artaraq 2 milyon 811 min manatdan 3 milyon 151 min manata yüksəlib.
Ödənişlər isə 217 min manat (2,5 dəfə) artaraq 146 min manatdan 363 min manata bərabər olub.
Ödənişlərdəki kəskin artım səbəbindən zərərlilik göstəricisi də ciddi şəkildə dəyişib və 6,3 faiz bəndi artaraq 5,2%-dən 11,5%-ə çatıb.





                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







