Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 182,665 milyon manat sığorta haqqı toplanılıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 31,329 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 32,6 % çoxdur.
9 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,2 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,2 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub. (Report)














