Azərbaycanda ötən il üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il üzrə bu sığorta növü üzrə 3 milyon 609 min manat sığorta haqqı toplanıb..
Bu da 2023-cü il ilə müqayisədə 1 milyon 929 min manat və ya 87% çoxdur.
2023-ci ildə bu göstərici 1 milyon 929 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 199 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 36% çoxdur.
Əvvəlki ilin eyni dövründə 147 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.