Azərbaycanda ötən il üzrə sağalmaz xəstəliklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə sağalmaz xəstəliklərin könüllü sığortası üzrə toplanmış sığorta haqqlarının həcmi 6 milyon 853 min manat təşkil edib.
Bu da 2023-cü illə müqayisədə 1 milyon 503 min manat və ya 28% çoxdur.
2023-ci ildə toplanmış sığorta yığımlarının ümumi həcmi 1 milyon 503 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üçün edilmiş ödənişlərin məbləği də 472 min manat olub ki, bu da illik müqayisədə 407 min manat və ya 7,3 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 65 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.