İnsanlar müxtəlif məqsədlərlə - istirahət, təhsil, iş və ya sadəcə dünyanı tanımaq üçün səyahətə çıxırlar. Lakin xarici ölkələrdə rast gələ biləcək riskləri nəzərə almadan yola çıxmaq təhlükəli ola bilər.
Azərbaycanda səyahət sığortasına maraq artıb
FED.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, səyahət sığortası bu risklərə qarşı əsas təminatlardan biridir. Bu sığorta növü tibbi yardım, baqajın itməsi, uçuşun ləğvi və digər gözlənilməz halları əhatə edir.
Qeyd olunur ki, bəzi ölkələr, xüsusilə, Avropa dövlətləri sığortasız turistlərin ölkəyə girişinə icazə vermir.
Sığorta artıq onlayn qaydada, bir neçə dəqiqəyə əldə edilə bilər və qiyməti də əlçatandır - bir həftəlik səyahət üçün təxminən 15-25 manat arasında dəyişir.