Azərbaycanda bu ilin yanvar ayı üzrə xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayı üzrə bu növ sığorta üzrə yığımlar 347 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21 min manat və ya 6% çoxdur.
2024-cü ilin eyni dövrü üzrə bu göstərici 326 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 50 min manat təşkil edib ki, bu da illik müqayisədə 21 min manat və ya 75% çoxdur.
Ötən ilin eyni dövründə 28 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 14% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 8% artıb. 2024-cü ilin yanvar ayına görə zərərlilik göstərcisi 6% idi.