Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 14 faizdən çox artıb
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.