Azərbaycanda daşınmaz əmlakın istimarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 153 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 239 min manat və ya 26,1% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 914 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 22 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 26,2% azdır.
Əvvəlki ilin eyni dövründə 30 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,4% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,3% təşkil edib.