Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 78 milyon 202 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 milyon 222 min manat və ya 44,9% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 53 milyon 980 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 726 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 631 min manat və ya 5,2 dəfə çoxdur.
Keçən ilin eyni dövründə 1 milyon 95 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,3% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2% təşkil edib.