Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 63 milyon 403,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 322,6 min manat və ya 54,3% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 41 milyon 81 min manat təşkil edib.