Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 3 milyon 571 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 946 min manat və ya 36% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 2 milyon 625 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 88 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 37,1% azdır.
Keçən ilin eyni dövründə 140 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,9% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,3% təşkil edib.