Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istiandən xəbər verir ki, cari ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 57,3% təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 79,3% təşkil edib.