Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 82 milyon 699 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 497 min manat və ya 6% çoxdur.
2023-ci ilin yanvar-dekabr aylarında bu göstərici 78 milyon 202 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 3 milyon 310 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 416 min manat və ya 42% azdır.
Keçən ilin eyni dövründə 5 milyon 726 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib ki, buda illik 4% azdır. 2023-cü ilin nəticələrinə görə zərərlilik əmsalı 7% olub.